AFFA Ruslan Qurbanovun cəzasını azaltdı

11.03.2025 18:20 15
Ölkə futbolu
2-ci liqa təmsilçisi “Hypers Quba" tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

İntizam Komitəsinin Ruslan Qurbanov barəsində tətbiq etdiyi 4 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 2 oyunluq cəzanın şərti olaraq tətbiq edilməsinə qərar verilib. Futbolçuya üç aylıq sınaq müddəti təyin edilib. Sınaq müddətinin başlanğıcı 06 mart 2025-ci il tarixdən etibarən hesablanacaq. Quba təmsilçisinin 300 manatlı cərimə olunması ilə bağlı qərar isə qüvvədə saxlanılıb.

Xatırladaq ki, millimizin sabiq üzvü 14-cü turda "Şəmkir"lə matçda hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanmışdı.