Londona qayıtmaya bilər

25.04.2025 09:31 6
Dünya futbolu
Karni Çukvuemekanın karyerasını “Borussiya”da davam etdirmək şansı var.

Dortmund klubunun rəhbərliyi onu daha bir mövsüm komandada saxlamaq istəyir. 21 yaşlı yarımmüdafiəçi Almaniya klubunda icarə əsasında çıxış edir. O, “Çelsi”yə məxsusdu. İnsayder Fabritsio Romanonun məlumatına görə, “Borussiya” tezliklə London klubu ilə danışıqlara başlayacaq.

Karni Dortmund klubuna fevralda transfer olunub. Onun icarə müddəti mövsümün sonuna qədər nəzədə tutulub.