Premyer-liqaya qayıtdılar

22.04.2025 19:38 17
Dünya futbolu
“Lids” və “Bernli”nin azarkeşləri böyük sevinc içindədilər.

"Football-plus.az" xəbər verir ki, komandalar növbəti mövsümdən İngiltərə premyer-liqasında mübarizə aparmaq hüququ qazanıblar. Hər iki komanda buna çempionşipdə mövsümün sonuna 2 tur qalmış nail olub.

Hazırda turnir cədvəlində “Lids” 94 xalla 1-ci, “Bernli” eyni xalla 2-ci yerdədi. 3-cü yerdəki “Şeffild Yunayted”in isə 86 xalı var. Artıq “Şeffild Yunayted”in ilk 2 pillədəki komandalara çatmayacağı dəqiqləşib.

Xatırladaq ki, “Bernli” premyer-liqadan çempionşipə 2023/24 mövsümünün sonunda düşüb. “Lids” isə yüksək liqanı 2022/23 mövsümünün sonunda tərk edib.