• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Borussiya”ya iki, “Aston Villa”ya bir qol çatmadı - İCMAL

Dünya futbolu

21-04-2025, 20:0

Aprelin 15-16-da Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirildi.

Çərşənbə axşamı həm “Borussiya”, həm də “Aston Villa” geridönüş etməyə çox yaxın oldu. Amma sonda ilk oyunda 4 və 2 top fərqli üstünlük yaxalayan “Barselona” və PSJ yarımfinala adladı. Çərşənbə günü də ilk oyunda uduzanlar geridönüş edə bilmədi. Beləliklə, “Arsenal”la “İnter” də qitənin ən nüfuzlu klub turnirinin kuboku uğrunda mübarizə aparmaq imkanı qazandı. Yarımfinal cütləri belə formalaşdı: “Arsenal” – PSJ, “Barselona” – “İnter”. İlk oyunlar aprelin 29-30-da, cavab görüşləri mayın 6-7-də keçiriləcək.

1/4 final, cavab oyunları
Borussiya D – Barselona 3:1 (1:0)

Borussiya (Dortmund, Almaniya): Kobel, Zyule, Anton, Bensebayni, Kouto (Brandt 77), Qross, Nmeça (Reyna, 64), Svensson, Adeyemei (Gittens, 77), Girassi, Bayer (Düranvil, 64).
Barselona (İspaniya): Şensnı, Kunde, Kubarsi, Arauxo, Martin, Qavi (Pedri, 59), F.De Yonq, F.Lopes (E.Qarsiya, 70), Yamal (F.Torres, 70), Levandovski (Olmo, 86), Rafinya.
Qollar: Girassi, 11-p. (1:0). Girassi, 49 (2:0). Bensebayni, 54-öz qapısına (2:1). Girassi, 76 (3:1).
Vərəqələr: F.De Yonq, 35. Nmeça, 56 – sarı.
Hakim: Mauritsio Mariani (İtaliya).
15 aprel. Dortmund. 81365 tamaşaçı.
İlk oyun – 0:4.

1/4 final cütlərinin yalnız birində yarımfinalçının adına ilk oyundan sonra 99 faiz aydınlıq gəlmişdi. Təbii ki, söhbət “Barselona” ilə “Borussiya” arasındakı dueldən gedir. “Siqnal İduna Park”da 4 qolun əvəzini çıxmaq dortmundlular üçün asan vəzifə deyildi. Hətta ən yaxşı formalarında olanda da belə. İndi isə həm baş məşqçi dəyişib, həm də komanda zədəlilərin çoxluğundan əziyyət çəkir. Aydın məsələdi ki, 1 faiz ehtimalı həmişə var, amma bunun üçün “Barsa” fiasko yaşamalıydı. Onu da xatırladaq ki, Kataloniya nəhəngi cari mövsümdə yalnız sentyabrın sonunda “Osasuna”ya iki top fərqi ilə uduzmuşdu, qalan məğlubiyyətlərdə fərq 1-ə bərabər olmuşdu. “Sarılar” avrokuboklarda bu komanda üzərində, heç olmasa, bir qələbə qazanmaq istəyirdi (ÇL-də 4 oyuna bir heç-heçələri, UEFA Superkubokunda heç-heçə və məğlubiyyətləri var idi). Bəs ən azı 4 qol vurub, öz qapısını toxunulmaz saxlamaq hədəfi nə dərəcədə real idi? Dortmundular həftəsonu Münhen səfərindən – “Bavariya” ilə oyundan 2:2 hesablı heç-heçə gətirmişdi, ancaq həmin oyunda rəqibin fikri də ÇL-in yanında idi. “Barsa” isə “Leqanes”i yeganə qolla məğlub etmişdi. Heyətlə bağlı itkilərə də toxunaq. “Barsa”da zədəlilər sırasına Balde qoşulmuş, amma Olmo sağalmışdı. Meydan sahiblərində isə Şlotterbek, Paulinya, Zabitser və Kempbellin olduğu lazaretə bir həftə əvvəl Barselonada start heyətində oynayan Əmrə Can ilə Çukvuemeka qoşulmuşdu.

“Barselona” ÇL tarixinə pley-offda 0:4-ün əvəzini çıxa bilən yeganə komanda kimi düşüb. Az qala “Borussiya” da kataloniyalıların uğurunu təkrarlayacaqdı. Dortmundular tələb olunan 4 qolu vurdu, sadəcə, birini öz qapısına. Bu üzdən Flikin komandası məhz ilk oyundakı böyük üstünlük hesabına yarımfinala adladı. Yoxsa Dortmundda qonaqların hücum xətti hədsiz zəif təsir bağışladı. Girassinin 2-ci qolu zamanı məhsuldar ötürmə verən Bensebayni 5 dəqiqə sonra “qapıların yerini səhv salmaqla” azarkeşləri daha intriqalı sonluq və bəlkə də əlavə vaxt izləmək imkanından məhrum etdi. Meydan sahiblərinin 3-cü qolu vurduğu 76-cı dəqiqədə hesab 3:1 yox, 3:0 olsaydı, onlar 4-cü qol üçün bütün qüvvə ilə hücuma atılacaqdılar. Ancaq indi daha iki qol vurmaq lazım idi ki, hətta yorğun və imkanlarından aşağı səviyyədə oynayan “Barsa” buna imkan verə bilməzdi. Bu eniş dekabrdakının təkrarıdısa, onda heç yerinə düşmür. Kovaçı və komandasını isə tərifləməyə dəyər. Dortmundlular qətiyyən rəqibdən çəkinmədilər, tarixdə ilk dəfə “Barsa”ya üç qol vurdular, ilk dəfə bu rəqibə qalib gəldilər. Ancaq bütün bu qəhrəmanlıqlar növbəti mərhələyə adlamaq üçün kifayət etmədi.

Aston Villa – PSJ 3:2 (1:2)
Aston Villa (Birmingem, İngiltərə): E.Martines, Keş, Konsa, P.Torres, Din (Maatsen, 76), Onana (Remzi, 67), Kamara, Makqinn (M.Asensio, 66), Tilemans (Barkli, 88), Rocers, Reşford (Uotkins, 76).
PSJ (Pari, Fransa): Donnarumma, Hakimi, Paço, Markinyos, Mendeş, Neveş, Vitinya, Ruis, Barkola (Due, 61), Dembele, Kvaratsxeliya.
Qollar: Hakimi, 11 (0:1). Mendeş, 27 (0:2). Tilemans, 34 (1:2). Makqinn, 55 (2:2). Konsa, 57 (3:2).
Vərəqə: Makqinn, 42 – sarı.
Hakim: Xose Mariya Sançes Martines (İspaniya).
15 aprel. Birmingem. 42535 tamaşaçı.
İlk oyun – 1:3.

Bu komandalar arasındakı ilk oyunun nəticəsi cavab görüşü üçün o qədər böyük əlyeri qoymamışdı. Evdə ilk qolu buraxandan sonra ardıcıl üç dəfə fərqlənən parislilər Birmingemə yaxşı əhval-ruhiyyədə yollanmışdılar. Bundan başqa, ölkə çempionluğunu təmin edən PSJ artıq diqqətini yalnız ÇL-ə yönəldə bilərdi. “Aston Villa” isə hazırda 7-ci pillədə qərarlaşdığı premyer-liqada “ÇL zonası”na qayıtmağa çalışır. Bu komanda çempionatda ardıcıl 4 qələbə qazanıb. PSJ isə birmigemlilərlə qarşılaşmanın ardından Liqa 1-də dincələ bilmişdi. Futbol qurumu parislilərin oyununu təxirə salmışdı. Hərçənd PSJ-nin heyət zənginliyini, ilk oyunun nəticəsini nəzərə alsaq, dincəlmək Enrikenin komandasının nəyinə lazım idi? – heç cür anlaşılmır. Parislilərin heyətlə bağlı heç bir itkisi olmasa da, “Aston Villa” Malenlə Andres Qarsiyanın xidmətindən məhrum idi.

Düşünmək olardı ki, ilk oyunda inamlı qələbə qazanan PSJ avrokuboklarda oyun təcrübəsi az olan rəqib qarşısında heç bir çətinlik çəkməyəcək. Ancaq parislilər çətinliklə canını qurtardı. Hərçənd oyunun əvvəli belə perspektivdən xəbər vermirdi. Oyun başlayan kimi meydan sahibləri güclü pressinq tətbiq etdi, PSJ isə cavabında ya top fırlayır, ya da nadir əks-hücumlara əl atırdı. Bunların sayı az olsa da, effektli idi. İlk yarıda iki əks-hücum iki qolla nəticələndi. Bundan sonra “Villa”nın vəziyyəti bir qədər də çətinləşdi. Düzdü, meydan sahibləri fasiləyə qədər qollardan birinin əvəzini çıxdı. 2-ci hissədə isə meydanda yalnız bir komanda var idi. Cəmi üç dəqiqə ərzində oyunun axarı 180 dərəcə dəyişdi. Bununla da daha maraqlı sonluq təmin olundu. Əslində “Aston Villa” oyunu əlavə vaxta daşımağa imkan verəcək 4-cü qolu da vura bilərdi. Sadəcə, çoxlu qol vəziyyəti qaçırıldı. PSJ də əks-hücumlarda nəsə yaratmağa çalışırdı, amma qonaqlar həyəcanlanır və inamsız görünürdülər. Hər halda, qələbəni qoruya, deməli, həm də yarımfinala adlaya bildilər.

Faktlar
* “Borussiya”nın qvineyalı hücumçusu Seru Girassi het-trik etməklə qitənin əsas klub turnirində afrikalılar üçün yeni bombardirlik rekordu müəyyənləşdirdi. Girassi ÇL-in tarixinə bir mövsümdə 13 qol vurmağı bacaran ilk afrikalı kimi düşdü. Əvvəllər həmin qitədən olan heç bir futbolçu bu həddə çatmayıb. Girassiya qədər ən yaxşı nəticə “Ayaks”ın sabiq forvardı Sebastyan Allerə məxsus idi (2021/22 mövsümündə 11 qol). ÇL-də qol sayına görə afrikalılar üçün rekord isə “Liverpul”un misirli hücumçusu Məhəmməd Salaha (47) məxsusdu.
* 29 yaşlı Girassi ilk qolu vurmaqla klub rekordçusuna da çevrildi. “Borussiya”nın sabiq hücumçularından Erlinq Holann 2020/21, Robert Levandovski isə 2012/13 mövsümündə 10 qol vurmağı bacarıb.
* PSJ yarımfinala çıxmaqla bu göstəricidə Fransa klubları üçün yeni rekord müəyyənləşdirdi. Paytaxt klubu tarixində 9-cu dəfə Çempionlar Liqasında/Kubokunda bu mərhələyə qədər irəliləyib. İndiyə qədər maksimum nəticə 8 idi. PSJ ilə yanaşı, “Marsel” də 8 dəfə turnirin ən güclü dörd iştirakçısı sırasına düşmüşdü.
* PSJ-nin bütün turnirləri əhatə edən 7 oyunluq qələbə seriyası qırıldı. Parislilər La Liqada 4 (Renn – 4:1, Marsel – 3:1, Sent-Etyen – 6:1, Anje – 1:0), ÇL-də 2 (Liverpul – 1:0, Aston Villa – 3:1) və Fransa kubokunda 1 (Dyunkerk – 4:2) qələbə qazanmışdı.
* “Barselona” son 6 mövsümdə ilk dəfə ÇL-də yarımfinala adladı. Kataloniyalılar sonuncu dəfə bu mərhələdə 2018/19 mövsümündə görünmüşdü. Onda “Barsa” ilk oyunda “Liverpul”a 3:0 hesabıyla qalib gəlsə də, cavab görüşündə 4 cavabsız qol buraxmışdı.
* Voytsex Şensnı “Barselona”da çıxış etdiyi dövrdə ilk dəfə məğlub oldu. 34 yaşlı qapıçının məğlubiyyətsiz oyunlar seriyası 22-də dayandı. Komanda onun dövründə 19 qələbə qazanıb, 3 oyunda heç-heçə edib. Ötən ilin oktyabrında “Barsa”ya qoşulan polşalı həmin 22 oyunun 12-də qapısını toxunulmaz saxlamışdı.
* “Barselona” 2025-ci ilkdə ilk dəfə məğlubiyyətlə barışdı. Kataloniya nəhəngi “Borussiya”ya qədər bütün turnirlərdə keçirdiyi ardıcıl 24 oyunun 20-də qalib gəlmiş, 4-də heç-heçə etmişdi.

Oyundan sonra
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Bu oyunu hələ uzun müddət xatırlayacam. Çempionlar Liqası gözəl turnirdi. Burda bir çox şeyləri idarə etmək lazım gəlir, səfərdə oynamaq həmişə çətindi. Qəribə oyun idi. İlk dəqiqələrdən dominantlıq etdik və iki qol vurduq. Ondan sonra bir neçə səhvə yol verdik, əvəzini ağır şəkildə ödədik. Stadionda belə atmosfer fonunda üç dəqiqə ərzində iki qol buraxırsansa, vəziyyətin çətinləşir. Ancaq bu da komandaya böyüməyə imkan verən vacib təcrübə qazandırır. Yarımfinal gənc komandamız üçün əla nəticədi”.

Unay Emeri, “Aston Villa”nın baş məşqçisi:
“Bütün etdiklərimizlə qürur duyuram. “Aston Villa” ilə can atdığım səviyyəyə doğru daha bir yaxşı addım atdıq. İlk oyunda pis döyüşmədik. Bu gün isə daha yaxşı oynadıq, az qala geridönüşü bacaracaqdıq. Bizdə sonuncu addım çatışmadı. Tərəqqiyə nail olmaq üçün daha artıq çalışmalıyıq. Azarkeşlər möhtəşəm idi. Onlar oyundan ləzzət alır və bizə enerji ötürürdülər. Bu hissiyyat hətta hesab 0:2 olanda da bizi tərk etmədi. Bəzi məqamlar üzərində işi davam etdirmək lazımdı”.

Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Yarımfinaldayıq. İkioyunluq qarşıdurmada növbəti mərhələyə adlamağı haqq etdik. Rəqib möhtəşəm komandadı, bizə çox çətinlik yaşatdı. Ancaq əsas odu ki, növbəti mərhələyə məhz biz adlamışıq. Bu gün ən yaxşı oyunumuzu göstərə bilmədik. Ancaq bu həm də çox yaxşı təsir bağışlayan dortmundluların xidmətidi. İrəliyə doğru daha bir addım atdıq, belə də davam etməliyik”.

Niko Kovaç, “Borussiya”nın baş məşqçisi:
“Bu gün hər birimiz möhtəşəm futbol gördük, xüsusən də komandamın ifasında. İntensiv oyun alındı, pressinq çox idi. Əlbəttə, turnirdə mübarizəni dayandırdığımıza görə məyusam. Ancaq “Barselona”ya 2025-ci ildə ilk məğlubiyyəti yaşatmağımız çox şey deməkdi. Özümüzlə qürur duymaq üçün haqqımız var. Bu gün ilk oyundakı kimi olmadı. Daha cəsərətli oynadıq, iti hücumlar qurduq. Əlbəttə, belə oyun göstərməyimizdə azarkeşlərin də böyük rolu oldu – bu məqam məni sevindirir. “Barselona”ya qarşı belə oynamaq istənilən tərifi haqq edir”.

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

10-04-2025, 00:0

"Barselona" Dortmund "Borussiyası"nı darmadağın etdi, PSJ "Aston Villa"ya qalib gəldi - YENİLƏNİB

Dünya futbolu

13-03-2025, 02:0

Çempionlar Liqası: 1/4 final cütləri müəyyənləşdi

Dünya futbolu / Manşet

17-04-2025, 01:0

ÇL: "İnter" və "Arsenal" yarımfinalda - YENİLƏNİB

Dünya futbolu

21-02-2025, 20:0

ÇL-in 1/8 finalında Madrid derbisi olacaq!

Dünya futbolu

5-03-2025, 01:0

“Arsenal” darmadağın etdi, “Real” derbidə qələbə qazandı

Dünya futbolu

10-04-2025, 12:0

Kubokun finalında nəhənglər qarşılaşacaq - İCMAL

Aktual
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
Son xəbərlər
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Dünən, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
Daha çox
Oxunub: 349
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 210
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə