ÇL: "İnter" və "Arsenal" yarımfinalda - YENİLƏNİB

17.04.2025 01:00 29
Dünya futbolu / Manşet
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Çempionlar Liqası, 1/4 final, cavab oyunları
15 aprel
Borussiya D – Barselona 3:1

Girassi, 11-p.; 49. 76 - Bensebaini, 54-öz qapısına.
Cəzalı: yoxdu
Hakim: Mauritsio Mariano (İtaliya)
İlk oyun – 0:4

Aston Villa – PSJ 3:2
Tilemans, 34. Makgin, 55. Konsa, 58 - Hakimi, 11. Nuno Mendeş, 27
Cəzalı: yoxdu
Hakim: Xose Mariya Sançes (İspaniya)
İlk oyun – 1:3

16 aprel
Real – Arsenal 1:2

Vinisius Junior, 67 - Bukayo Saka, 65. Qabriel Martinelli, 90+3
Bukayo Saka (Arsenal) 13-cü dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib (qapıçı).
Cəzalı: Kamavinqa/yoxdu
Hakim: Fransua Letesye (Fransa)
İlk oyun – 0:3

İnter – Bavariya 2:2
Lautaro Martines, 58. Benjamin Pavar, 61 - Harri Keyn, 52, Erik Dayer, 76
Cəzalı: yoxdu
Hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 2:1

Yarımfinal cütləri
Arsenal (İngiltərə) - PSJ (Fransa)
İnter (İtaliya) - Barselona (İspaniya)

Yarımfinal mərhələsi aprelin 29-30-da və mayın 6-7-də keçiriləcək.