Azarkeş sayında kəskin enişin səbəbini “Soldati di Sabah” azarkeş qrupunun rəhbəri Ağaxan Abdullayevdən soruşduq. Onun “Football-plus.az”a cavabı:
“Tribunaya gələn azarkeş sayının kəskin azalması təkcə hava və vaxt məsələsi deyildi. Əsas səbəb uzun müddətdi bizə sevinc yaşatmayan nəticələrdi. Son məğlubiyyətlər hər bir azarkeşin ürəyinə bir az soyuqluq saldı, inamını aldı. İşdən, dərsdən sonra “bu dəfə qazanacağıq” ümidi ilə stadiona gələnlər acı sonluqla qarşılaşanda ikinci dəfə tribunalara can atmırlar. Kubok matçı bizim üçün yeni başlanğıc, ruhumuzun qayıdışı olacaq deyə ümid edirəm. Əminəm ki, kubok matçında tribunalarda azarkeşlərin sayı lazımi qədər olacaq”.
ƏSƏD SEYİDOV






