“Sabah”ın uşaqları Antalyada altıncı oldu - açıqlama

21.04.2025 19:26 52
Ölkə futbolu / Aktual
Türkiyənin Antalya şəhərində keçirilən "Junior World Cup" beynəlxalq turnirində iştirak edən "Sabah"ın U-15 komandasının qrupda 1-ci yeri tutduğunu xəbər vermişdik.

Masazırlılar 1/4 finalda “Fulhem” səddini keçə bilmədiyinə görə 5-6-cı yerlər uğrunda mübarizə aparıb. Komandanın çalışdırıcısı Şahin Zeynalov “Football-plus.az”a bunları dedi:
“Fulhem”ə məğlubiyyətdən sonra 5-6-cı yerlər uğrunda mübarizə apardıq. Qazaxıstanın “Oyna” kollektivini 6:0 hesabıyla məğlub etdik. “Samsunspor”la heç-heçə etsək də, penalti seriyasında məğlub olduq. Turnirdə yaxşı çıxış etdik. 26 komanda arasında 6-cı yeri tutduq”.
ƏSƏD SEYİDOV