“Sabah” İtaliyada medallar uğrunda mübarizə aparır

1.04.2024 11:20 218
Aktual / Ölkə futbolu
İtaliyanın Ravenna şəhərində keçirilən "Ravenna Cup" beynəlxalq turnirində iştirak edən "Sabah"ın U-13 komandası qrupda 1-ci yeri tutub.

Masazırlılar ilk matçda yerli "Zambra Calcio" komandasına 2:0 hesabıyla qalib gəlib, ikinci qarşılaşmada “Rosina”ya məğlub olub - 1:2. Ardından “Benfika Escola”nı 3:2, “Piza”ya 3:0 məğlub ediblər. Komandanın çalışdırıcısı Nasir Nəsirli “Football-plus.az”a bunları dedi:

“Qrup mərhələsi artıq yekunlaşdı. Qrupda 5 komandaydıq. Meydançanın yarı hissəsində 9 futbolçu ilə oynayırıq. 3 qələbə və 1 məğlubiyyətlə qrupdan 1-ci yerlə ayrıldıq. İndi isə medallar uğrunda mübarizə aparacağıq. Təbii ot örtüyündə oynayırıq ”.

ƏSƏD SEYİDOV