Maraq üçün qeyd edək ki, İntizam Məcəlləsinin 96-cı maddəsinə görə, hansısa şəxs (fotomüxbir, operator, topdaşıyan) oyun vaxtı ona məxsus olan yerdə durmadığına görə məhz ev sahibi klub 500 manat məbləğində cərimələnir. Bəli-bəli, həmin şəxs qonaq kollektivin nümayəndəsi olsa da, ziyana düşən meydan sahibləri olur.
Bəs hansısa qonaq komanda Məcəllədəki boşluqdan yararlanıb təxribata əl ata bilməzmi? Zona qaydaları qonaq komandanın əməkdaşı tərəfindən pozulursa, Məcəllədə xüsusi bəndə ehtiyac yoxdumu?
Bu suallarla PFL-in Media və marketinq üzrə direktoru Sənan Abdullayevə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Qeyd etdiyiniz məqamlar məsələni ehtimallar üzərində dəyərləndirməyə əsaslanır. Lakin reallıq fərqlidi. Mövzuya rəqibə hörmət prizmasından yanaşmaq lazımdı. Bir çox məsələlər məhz bunun əsasında qurulur. Həmin şəxs "Şamaxı"nın fotoqrafı olmaya bilərdi. Ümumiyyətlə, oyun zamanı stadionlarda xeyli fotoqraf olur. Təhlükəsizlik baxımından hər hansı fotoqrafın zona qaydalarını pozması qadağandı".
KƏNAN BAHADIR





