"Uşaqlar çox yaxşı mübarizə apardı" - Elvin Məmmədov

19.04.2025 19:33 11
Ölkə futbolu / Manşet
“Səbail” Misli premyer-liqasının 31-ci turunda “Sabah”a məğlub oldu- 3:2.

“Football-plus.az” xəbər verir ki, oyundansonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Elvin Məmmədov görüş haqda fikirlərini bildirib.

- Oyuna tam ciddi hazırlaşmışdıq. Uşaqlar çox yaxşı mübarizə apardı. İkinci hissədə yorğunluq baş verdi və rəqibin təzyiqi oldu. Layiqincə mübarizə apardıq. Yaxşı futbol oynadıq.

- Qələbəni qorumağa nə çatmadı?
- “Sabah”ın futbolçuları individual olaraq keyfiyyətlidi. Rəqib daha çox üstümüzə gəldi. Konsentrasiya çatmadı.

ƏSƏD SEYİDOV