Misli premyer-liqasında mövsümün 3-cü het-triki qeydə alınıb.
"Football-plus.az" xəbər verir ki, “Qarabağ”ın futbolçusu Leandro Andrade 30-cu turun “Səbail”lə görüşündə 3 qola imza atıb.
Portuqaliyalı yarımmüdafiəçiyə qədər yalnız Davit Volkov het-trik müəllifi olub. “Zirə”nin hücumçusu 1-ci turda “Səbail”, 15-ci turda “Sumqayıt”ın qapısına 3 dəfə yol tapıb. Maraqlıdı ki, het-trik qeydə alınan hər üç qarşılaşma 4:1 hesabı ilə başa çatıb.
Volkovun 3 qol vurduğu matçlar ev oyunları olub və 2024-cü ilə təsadüf edib. Andrade cari mövsümdə səfərdə het-trik edən ilk oyunçudu. O, həm də 2025-ci ildə bunu bacaran ilk futbolçu olub.