AFFA klub prezidenti ilə bağlı şikayəti təmin etmədi

11.04.2025 18:56 23
Ölkə futbolu
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Hypers Quba”nın prezidenti Ayaz Abdullayevlə bağlı şikayəti təmin etməyib.

"Football-plus.az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin aprelin 1-də verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ayaz Abdullayev 19-cu turda “Ağdaş”la keçirilən matç bitdikdən sonra hakimi təhqir edib. Klub rəsmisi 3-ü şərti olmaqla 5 oyunluq cəzalanıb, 2-ci liqa təmsilçisi isə 400 manat cərimə olunub. Abdullayevə 3 ay sınaq müddəti təyin edilib.