"Hypers Quba"nın prezidenti cəzalandı

3.04.2025 15:38 25
Ölkə futbolu
2-ci liqada çıxış edən “Hypers Quba”nın prezidenti Ayaz Abdullayev 5 oyunluq cəzalanıb.

“Football-plus.az” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Prezidentin cəzalanmasına səbəb 19-cu turda baş tutan “Ağdaş”la oyundan sonra hakimi təhqir etməsi olub. klub rəsmisinə bu hərəkətinə görə 3 oyun şərti olmaqla 5 oyun cəza verilib. Həmçinin “Hypers Guba” 400 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

“Hypers Quba”nın məşqçisi Rəsul Babazadə isə meydana daxil olaraq hakimi təhdid etdiyinə görə 2 oyun cəzalanıb, klub 100 manat cərimələnib. Bununla yanaşı Quba təmsilçisinin futbolçusu Baxşəli Baxşəliyev “Ağdaş”la oyununun 89-cu dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 150 manat cərimələnib.

Komandanın digər üzvü Xaqan Məmmədov isə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzaya məruz qalıb. Onun hərəkəti klubu 50 manat ziyana salıb. Həmçinin 5 futbolçusu sarı vərəqə aldığı üçün "Hypers Quba" əlavə 70 manat da ödəməli olacaq.

Quba klubu meydançaya kənar şəxslər daxil olduğuna görə əlavə 80 manat da cərimələnib.