AFİ-də yeni müqavilə

10.04.2025 23:10 12
Dünya futbolu
Rudi Föller Almaniya yığmasının idman direktoru vəzifəsindəki fəaliyyətini davam etdirəcək.

Almaniya Futbol İttifaqı onunla müqaviləni yeniləyib. Föller postunda 2028-ci ilin yayına qədər işləyəcək. 64 yaşlı funksioner idman direktoru vəzifəsinə 2023-cü ilin fevralında təyinat alıb.

Ötənlərin məşhur hücumçusunun Almaniya yığmasında 1982-94-cü illərdə 90 oyuna 47 qol vurduğunu, bundestimi 2000-04-cü illərdə və müvəqqəti olaraq 2023-cü ildə çalışdırdığını da xatırladaq.