Kadzuyoşi Miura futbol aləmini təəccübləndirməkdə davam edir. Dünyanın ən yaşlı futbolçusu karyerasını daha bir mövsüm davam etdirəcək.
“Football-plus.az” xəbər verir ki, Portuqaliyanın 2-ci liqasında çıxış edən “Oliveyrense”də oynayan 56 (!) yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin yayına qədər uzadılıb. Bu barədə klubun “tvitter” səhifəsi məlumat yayıb.
Xatırladaq ki, yaponiyalı yarımmüdafiəçi “Oliveyrense”yə bu ilin fevralında keçib. Maraq üçün Kadzuyoşinin ilk peşəkar oyununa 1982-ci ildə çıxdığını, Yaponiya yığmasında 1990-2000-ci illərdə 89 oyuna 55 qol vurduğunu da qeyd edək.