Almaniya Futbol İttifaqı (AFİ) milli komandanın baş məşqçi vəzifəsinə namizəd axtarır.
“Football-plus.az” xəbər verir ki, uğursuz nəticələrə görə istefaya göndərilən Hans-Diter Flikin yerini bir neçə mütəxəssis tuta bilər. Baş məşqçinin səlahiyyətləri müvəqqəti Rudi Föllerə həvalə edilib. Komandanı Fransa ilə yoldaşlıq oyununa yığmanın texniki direktoru çıxaracaq.
Feliks Maqat Almaniya yığmasını çalışdırmağa hazırdı. O, bu fikrini “Sky Sport Germany” telekanalına açıqlayıb. 70 yaşlı mütəxəsis ölkəsinin əsas komandasına başçılıq etmək üçün hər cür keyfiyyətə malik olduğunu düşünür.
Xatırladaq ki, Maqatın sonuncu iş yeri 2022-ci ildə çalışdırdığı “Herta” olub.