Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatında növbəti medalçımız bəlli olub.
"Football-plus.az" xəbər verir ki, sərbəst güləşçimiz Ağanəzər Novruzov (74 kq) üçüncü yer uğrunda görüşdə bolqarıstanlı Avropa ikincisi və dünya üçüncüsü Ramazan Ramazanova 6:4 hesabıyla qalib gəlib. Bu, idmançımızın ilk dəfə qatıldığı böyüklərin Avropa çempionatıdı.
Qeyd edək ki, dünən daha üç sərbəst güləşçimiz – İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) bürünc medal qazanmışdılar.