Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazandı

29.06.2022 22:09 440
İdman
Azərbaycan idmançıları İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə U-20 Avropa çempionatında uğurlu nəticə göstərməyə davam edirlər.

"Football-plus.az" xəbər verir ki, bu gün daha 2 güləşçimiz bürünc medal qazanıb. Bürünc medal uğrunda görüşdə Kənan Abdullazadə (67 kq) israilli Şon Nadorginə 5:1 hesabıyla qalib gəlib.

Nihat Məmmədli (60 kq) isə isveçli İlyas Ayhanı 6:0 hesabıyla məğlub edib.