London klubunun rekordçusu oldu

26.09.2024 22:35 115
Dünya futbolu
“Arsenal”da yeni rekord qeydə alınıb. Cek Porter klubun tarixinə düşüb.

O, İngiltərə Liqa Kubokunun 3-cü mərhələsinin “Bolton” ilə matçında (5:1) meydana çıxmaqla yeni klub rekordu müəyyənləşdirib. Porter “Arsenal”ın əsas komandasında rəsmi oyun keçirən ən gənc oyunçu olub. O, debüt matçında 16 yaş 72 günlüyündə iştirak edib.

Qeyd edək ki, Cek “Arsenal”ın yetirməsidi.