Millətlər Liqasında yeni rekord

25.03.2025 16:51 10
Dünya futbolu
Lamin Yamal martın 23-də Millətlər Liqasının tarixinə düşüb.

O, 1/4 final mərhələsinin Niderland ilə cavab oyununda 17 yaş və 258 günlüyündə qol vurub. Bununla da Yamal turnirin tarixinə qol vuran ən yeniyetmə futbolçu kimi düşüb. Əvvəlki rekord “Barselona”nın digər futbolçusu Qaviyə məxsus idi. İspaniyalı yarımmüdafiəçi 17 yaş və 304 günlüyündə qapıya yol tapmışdı.

İspaniya Niderlandla cavab matçında (3:3, p. – 5:4) qalib gələrək turnirin yarımfinalına çıxıb. İspaniya yığması bu mərhələdə Fransa ilə qarşılaşacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul