A seriyasında yeni rekord

26.11.2023 21:30 202
Dünya futbolu
Françesko Kamarda “Milan”ın əsas komandasında debüt edib.

"Football-plus.az" xəbər verir ki, o, A seriyasının “Fiorentina” ilə matçında (1:0) iştirak edib. Meydana 15 yaş 260 günlüyündə çıxan hücumçu liqanın yeni rekordçusu olub. Françesko A seriyasında meydana çıxan ən yeniyetmə futbolçu kimi tarixə düşüb. Bundan əvvəlki rekord 15 yaş 274 günlüyündə “Cenoa”ya qarşı oynayan “Bolonya”nın müdafiəçisi Uisdom Ameyə məxsus idi.

Qeyd edək ki, “Milan”ın heyətində hücumameyilli oyunçuların zədə və diskvalifikasiya səbəbindən meydana çıxa bilməməsi baş məşqçi Stefano Pyolini Kamardanı əsas komandaya çağırmağa vadar etmişdi. O, bu yay “Milan”nın U-19 omandasına keçib, cari mövsümdə bütün yarışlarda 13 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul