Cavid İmamverdiyev mükafatlandırıldı

16.12.2024 15:35 322
Ölkə futbolu
2-ci liqada “Ayın qolu” layihəsinin noyabr ayı üzrə qalibi mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, bu, “Haypers Quba” futbol klubunun üzvü Cavid İmamverdiyev olub. Onun 9-cu turda "Şəfa"nın qapısına vurduğu qol ən yaxşı seçilib.

İmamverdiyevə mükafatları 13-cü turun "Şimal" - "Haypers Quba" oyunundan əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.