Emil "Çernomorets"in qələbəsini izlədi

6.04.2025 13:22 8
Dünya futbolu
Emil Mustafayevin formasını geydiyi “Çernomorets” Ukrayna premyer-liqasında 23-cü tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda evdə “LNZ Çerkasi” ilə qarşılaşıb. “Çernomorets” matçda 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 18-ci dəqiqədə Yevgeni Skiba vurub.

Emil əvvəldən sonra kimi görüşü ehtiyat oyunçular skamyasında izləyib.

Hazırda “Çernomorets” turnir cədvəlində 18 xalla 15-ci sıradadı.