Emilin komandası böyük hesabla uduzdu

31.03.2025 11:04 16
Dünya futbolu
Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Emil Muatafayevin çıxış etdiyi “Çernomorets” səfərdə “Karpati Lviv”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Emil 61-ci dəqiqədə daxil olub.

Qeyd edək ki, “Çernomorets” 15 xalla 16 komanda arasında sonuncu pillədə qərarlaşıb.