Qameyro getdi...

3.04.2025 09:00 4
Dünya futbolu
Fransalı Kevin Qameyro peşəkar futboldan ayrıldığını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, 37 yaşlı hücumçunun son klubu 2024-cü ilin yayında tərk etdiyi "Strasburq" olub.

O, "Loryan", PSJ, "Sevilya", "Atletiko" və "Valensiya"da da çıxış edib. Karyerası ərzində Avropa Liqasının 4 qat qalibi, Fransa çempionu və İspaniya kubokunun qalibi olub.

Kevin Fransa millisində 13 oyun keçirib və 3 qol vurub.