• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hara gedirəmsə, insanlar mənə mütləq o qolu xatırladır” - Pato “Milan”da keçirdiyi illərdən danışdı

Dünya futbolu / Müsahibə

31-03-2025, 09:0

“Milan”ın bir qədər stajlı fanatları, yəqin ki, Aleşandro Patonu gözəl xatırlayır. Braziliyalı forvard 2007-13-cü illərdə “rossonyerlər”in şərəfini qoruyub və A seriyasında 117 oyuna 51 qol vurub.

"Football-plus.az" xəbər verir ki, “sambaçı” bu klubla 2011-də həm A seriyasını, həm də İtaliya superkubokunu qazanıb. “Milan”dan ayrılandan sonra Pato Braziliya, İngiltərə, İspaniya, Çin və ABŞ-də də top qovub. Hazırda 35 yaşı olan və sonuncu dəfə 2023-də “San Paulu”nun şərəfini qoruyan tanınmış forvard hələ də karyerasını rəsmi şəkildə bitirməyib. Bir müddət öncə İtaliyaya gələn Pato “Milan” TV-yə müsahibə verərək klubda keçirdiyi dönəmi xatırlayıb.

- Milanelloya qayıtdıqda hansı hissləri keçirirsən?
- Bura gələndə atama dedim ki, göz yaşı axıtmaq istəmirəm. Çünki möhkəm olmalıyam. Amma həyəcan hissi keçirmədiyimi desəm, yalan olar. Çünki ilk dəfə İtaliyaya ayaq basanda heç 18 yaşım da tamam olmamışdı. Həyatımın ən unudulmaz və gözəl anları məhz “Milan”da keçirdiyim 5-6 il ilə bağlıdı.

- Burdakı ilk gününü xatırlayırsanmı?
- Əbəttə. Karlo Ançelotti sözün əsl mənasında əlimdən tutaraq digər futbolçuların olduğu yerə apardı. Həmin oyunçuların bir çoxu mümkün olan hər şeyi qazanmışdı. Ançelotti onlardan ayağa qalxmağı və mənimlə görüşməyi tələb etdi. Onlar da belə edərək mənə hörmətlə yanaşdılar. Ayağa qalxdılar və bir-bir hər biri ilə əl verib görüşdüm. Bu anı həyatımın sonuna qədər unutmayacam. Ona görə də bu qədər böyük hisslər, emosiyalar yaşadığım bir yerə qayıtmaq çox xoşdu. Bütün bunları artıq öz oğluma da danışa bilərəm. Onu da bir gün bura gətirmək üçün səbirsizlənirəm. Həyatda elə anlar var ki, onları yaddaşdan silmək mümkün deyil. Əksinə, o hissləri yenidən yaşayırsan.

- Karyeranın bu hissəsinin sənin üçün önəmi nə qədərdi?
- Birmənalı şəkildə həyatımın ən önəmli anlarıdı. İnsan keçmişə qayıda və ya gələcəyə yollana bilmir. İnsan yalnız indiki həyatı yaşaya bilir. Milanelloya qayıdan kimi futbolda qoyduğum iz, etdiyim ən önəmli şeylər gözümün önündə canlanır. Nəyə nail olmuşamsa, hamısı valideynlərimin sayəsində mümkün olub. Ümumiyyətlə, peşəkar karyeramın əvvəli çox sürətli və başgicəlləndirici alındı. “İnternasyonal”da cəmi 6 ay keçirdikdən sonra həyatımın ən vacib qərarını verərək “Milan”a gəldim. “Milan” mənə qalib mentallığını aşıladı, dünyaya fərqli gözlə baxmağa yardım etdi və sonradan olduğum şəxsə çevrilməyimə təkan verdi.

- Nə üçün məhz “Milan”ı seçmişdin?
- Çünki həmin il “Milan” Çempionlar Liqasını qazanmışdı və dünyanın ən yaxşıları burda toplaşmışdı. Çox möhtəşəm komanda idi. Məni İtaliyadakı həyatımın necə olacağı və digər məqamlar maraqlandırmırdı. Mən, sadəcə, tezliklə bu futbolçularla birlikdə meydana çıxmağa can atırdım. Bu klubun mənə maraq göstərdiyini eşidən kimi məni artıq başqa heç nə maraqlandırmırdı. Zaman göstərdi ki, həyatımın ən doğru qərarını verdim.

- Amma ilk aylarda o qədər də çox oynamırdın...
- 18 yaşımın tamam olmasını gözləmək məcburiyyətindəydik. Ona görə də transferim rəsmi şəkildə yalnız yanvarda baş tutdu. O dönəmlə bağlı yeganə üzüntüm odu ki, 2007-nin dekabrında Yaponiyada keçirilən klublararası DÇ-yə yollana bilmədim. O aylarda yalnız yoldaşlıq oyunlarında iştirak edirdim. Bu oyunların hər biri mənim üçün böyük əhəmiyyət daşıyırdı. Çox gözəl bir dönəm idi.

- Bir dəfə məşqdə Kaxa Kaladzenin sərt “sürüşmə” fəndi ilə qarşılaşdın.
- Əslində onun belə oyun tərzinin mənə böyük faydası dəydi. Çünki məşqdə yaşadıqlarımı sonradan oyunlarda da yaşayırdım. Kaladzenin sərt oyunu, bəzi epizodlarda məni üstələməsi sayəsində A seriyasındakı müdafiəçilərə baxış tərzim dəyişdi. Həmin dönəmdə braziliyalılar mənimlə tez-tez söhbət edirdilər və fiziki cəhətdən daha güclü omağı məsləhət görürdülər. Kaladzenin “sürüşmə” fəndləri sayəsində başa düşdüm ki, məni oyunlarda nə gözləyir. Çünki “Milan”da müdafiəçilər üçün məşq ilə rəsmi oyun arasında heç bir fərq yox idi. Amma mənə qarşı ən çox kobud oynayan Qattuzo idi. Bir dəfə onunla məzələnmək qərarına gəldim. Amma formamdan tutub üstümə qışqırmağa başladı (gülür).

- Həmin “Milan”da braziliyalıların sayı çox idi.
- Xüsusilə debüt ilim çox gözəl alınmışdı. Çünki braziliyalılar mənə bacardıqları qədər yardım edirdilər. İtaliyalılar üçün bu, yaxşı hal deyildi. Kafu daha çox seçilirdi. O mənim üçün sanki ata əvəzi idi. Digər braziliyalılar da kömək edirdi. Onlar həmişə qəlbimdə qalacaqlar.

- Debüt oyununu xatırlayırsan?
- “Napoli”yə qarşı oynayırdıq. Mənim üçün xüsusi bir oyun alındı. Start heyətində Ronaldo ilə birlikdə hücumda yer aldım. Bir epizodda o, zərbə vurandan sonra topu buraxmağa çalışsam da, alınmadı. Qol vurduğum epizodda isə Favalli mənə uzun ötürmə verdi. Topa çatdım, müdafiəçini keçdim və zərbə mövqeyinə çıxdım. Başımı qaldırıb qapıçıya baxandan sonra düşündüm ki, yerlə vurmalıyam. Top tora daxil oldu və 1 saniyə sonra “San Siro”da inanılmaz gurultu qopdu. Uşaq kimi istəkliydim. Etiraf edim ki, taktiki cəhətdən güclü deyildim. Hərçənd meydanda bütün göstərişləri yerinə yetirməliydim. Topla oynamağı, onu irəli daşımağı və qol vurmağı sevirdim. Ançelotti tələb edirdi ki, driblinqdən sonra dəqiq ötürmə ilə komanda yoldaşımı tapım. Futbol mənə həmişə xoş hisslər bəxş edirdi.

- “Milan”da 50 qol həddinə ən tez çatan futbolçu olmağınla fəxr edirsənmi?
- O vaxt belə statistik göstəricilərə o qədər də əhəmiyyət vermirdim. Bu gün isə belə şeylərə artıq fərqli yanaşıram. Bəlkə də “Milan”da daha çox qol vura bilərdim. Amma keçmişi dəyişmək mümkün deyil. Bu klubda vurduğum hər qol mənim üçün dəyərlidi. “Milan”a olan sevgim oğluma olan sevgimə bərabərdi.

- 40-cı saniyədə fərqləndiyin və 3:0 qalib gəldiyiniz derbini xatırlayırsan?
- Bəli, xatırlayıram. Qolu çılğın şəkildə qeyd etmişdim. Bütün şəkillərdə qışqıran vəziyyətdə düşmüşəm (gülür). Derbidə təzyiq çox böyük olur. “İnter”lə oyunda 40-cı saniyə tamam olmamış qol vurmaq çox böyük hadisədi. Bu qol haqda həyatımın sonuna qədər fəxrlə danışa bilərəm.

- Bəs 2010/11-də qazandığınız skudetto ilə bağlı ən xoş xatirə hansıdı?
- Təbii ki, Romadakı oyun. Çünki çempionluğu məhz həmin matçda rəsmiləşdirdik. Oyundan sonra Milana qayıtdıq və kafedral kilsənin yanından keçdik. O qədər çox adam var idi ki, avtobus hərəkət edə bilmirdi. Biz avtobusun içindən bu gözəl mənzərəni seyr edirdik. Mənim üçün unudulmaz bir mövsümdü. Çünki “Milan”ın çempionluğunda mənim də əməyim oldu. Yeganə təəssüfüm ÇL ilə bağlıdı. Bu turniri qazana bilmədim. Amma istənilən halda “Milan”ın tarixində iz buraxmaq çox xoşdu.

- Yeri gəlmişkən, “Barselona”ya da 24-cü saniyədə vurduğun bir qol var...
- Bəli, hara gedirəmsə, insanlar mütləq o qolu mənə xatırladırlar. “Milan”da vurduğum ən gözəl qollardan biridi. Abbyati topu irəli vuranan sonra Noçerino onu ələ keçirərək mənə ötürdü. Mən də topu atıb qaçmaq üçün boş zona olduğunu gördüm və bundan yararlanmaq qərarına gəldim. Əvvəlcə Valdesi aldadıb qol vurmaq istəyirdim. Son ana qədər də qərar verə bilmədim və əslində zərbə istədiyim kimi alınmadı. Bəxtim gətirdi ki, top Valdesin ayaqları arasından keçdi. Bu məqam qolu daha da gözəlləşdirdi.

- Zədələr də səni tez-tez narahat edirdi.
- Təəssüf ki, o dönəmdə tamam başqa müalicə üsulları var idi. İndiki üsullardan o vaxt istifadə olunmurdu. Mən də gənc idim. Amma digər tərəfdən bütün bu məqamlar mənə futbolçu kimi böyüməyə yardım etdi.

- Sən öz ürəyini həm “Milan”a, həm də özünəməxsus qol sevincinə verdin...
- Bu kluba və fanatlara olan sevgimi sözlə ifadə etmək çətindi. Hətta indi də “Milan” fanatları məni görən kimi yaxınlaşıb söhbət edir və şəkil çəkdirirlər. Ola bilər ki, “Milan”la bütün titulları qazana bilmədim. Amma əvəzində fanatların sevgisini qazandım. Onlar mənim həyatımı yaxşı tərəfə dəyişirlər. Bu gün artıq bir çox futbolçu qol sevinci zamanı ürək işarəsini göstərir. Amma bunu ən birinci edən mən olmuşam. Bu işarə tək bir adama yox, bütün sevdiklərimə ünvanlanırdı. İndiki futbolçular necə böyük bir klubda oynadıqlarını və “Milan”ın tarixini anlamalıdılar. Çünki Milanellodan keçən və burda tarix yazan hər kəs bu işə böyük sevgi qoyub. İstənilən halda “Milan”ın gec-tez zirvəyə qayıdacağına inanıram.

ƏLİ RAUFOĞLU hazırladı

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-07-2022, 12:0

Dünyaca ünlü ulduz Türkiyədə oynayacaq?

Dünya futbolu

4-07-2024, 17:0

''Fənər''in sabiq üzvü 44 yaşında özünə yeni klub tapdı

Dünya futbolu

14-01-2024, 20:0

“Fənərbaxça” daha bir ulduzu heyətinə qatdı

Dünya futbolu

12-01-2025, 14:0

''Beşiktaş'' tarixinə damğa vurmuş Bobo Türkiyə mətbuatına nələr dedi?

Dünya futbolu

5-01-2024, 12:0

İtaliyaya erkən qayıdası oldu

Dünya futbolu

30-03-2025, 17:0

"Milan''ın durumu komandanın əfsanəsini narahat edir

Aktual
Hər kluba 500 bilet! – pley-off həyəcanı başladı
Adil Şükürov “Səbail”dən ayrılacaq?
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Son xəbərlər
  • Bu gün, 12:52
    Hər kluba 500 bilet! – pley-off həyəcanı başladı
  • Bu gün, 12:31
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:00
    "Böyüdüm, öyrəndim və unudulmaz xatirələr qazandım" - Toral "Qarabağ"la vidalaşdı
  • Bu gün, 11:39
    İlin ən yaxşı məşqçisi seçildi
  • Bu gün, 11:08
    Reqlament qurbanı “Qəbələ”?!
  • Bu gün, 10:52
    "Qəbələ" - "Mingəçevir" oyunu hansı telekanalda yayınlanacaq?
  • Bu gün, 10:31
    Premyer-liqanın son iştirakçısı bəlli olur: "Qəbələ", yoxsa "Mingəçevir"?
  • Bu gün, 10:00
    Adil Şükürov “Səbail”dən ayrılacaq?
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 239
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 177
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə