Larusea əməliyyat olunub

29.03.2025 14:59 14
Aktual / Ölkə futbolu
“Səbail”in futbolçusu Qorka Laruseanın premyer-liqanın 23-cü turunda - “Sabah”la matçda zədələndiyini xəbər vermişdik.

İspaniyalı yarımmüdafəçi 32-ci dəqiqədə ötürmə verən zaman yerdə qalmış, həkimlərin müdaxiləsindən sonra meydanı tərk etmişdi. Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov “Football-plus.az”a verdiyi son açıqlamada futbolçunun əməliyyat olunacağını söyləmişdi.

Qorka əməliyyat olundumu? Artıq onun üçün mövsümün bitdiyini demək olarmı? Bu sualları Rəşad bəyə ünvanladıq:
“Bəli, qasıq nahiyəsindən əməliyyat olunub. Larusea üçün mövsüm bitib”.
ƏSƏD SEYİDOV