Azarkeşlər hazırdı: Tovuzda anşlaq olacaq!

28.03.2025 15:14 30
Aktual / Ölkə futbolu
İkihəftəlik mill fasiləsi bitdi. Artıq bu gün Misli premyer-liqasının 28-ci turu “Turan Tovuz” - “Qarabağ” oyunu ilə start götürəcək.

Bəs, bu iki komandanın azarkeş qrupları necə, matça hazırdılarmı? “Ultras Turan” azarkeş qrupunun rəhbəri Kamal Saqqayevin “Football-plus.az”a açıqlaması:
“Təxminən 5-6 min azarkeşin tribunada olacağı gözlənilir. Həmişə olduğu kimi, sona qədər komandanın yanındayıq. Oyunla bağlı hansısa planımız ola bilər”.


Bu sualı “İmarət Tayfa”nın rəhbəri Elnur Quliyevə də ünvanladıq:
“Azarkeşlərimiz çox ciddi hazırlaşıb. Bu gün yola düşürük. Bu dəfə maksimum çox azarkeşlə getməyə çalışırıq”.


Xatırladaq ki, oyun saat 19.30-da start götürəcək.

ƏSƏD SEYİDOV