“Doğrudan da, fevralda baxımlı qollar vuruldu” – qalib belə dedi

24.03.2025 00:04 36
Aktual / Ölkə futbolu
PFL-in “Ayın qolu” layihəsində fevralın qalibləri müəyyənləşib. Futbol üzrə ölkə çempionatının 1-ci liqasında MOİK-in uğurları üçün çalışan Ramin Orucov da qaliblər sırasındadı.

İndiyə qədər belə mükafat qazanmısanmı, ümumiyyətlə, mükafat almağa xüsusi diqqət yetirirsənmi? Bu sualı Raminə ünvanladıq:

“İndiyə qədər belə mükafat qazanmamışam, sevincliyəm. Bu mükafatı qazanmağa diqqət yetirirdim. Doğrudan da, fevralda baxımlı qollar vuruldu. Mənə səs verən mütəxəssilərə də ayrıca təşəkkür edirəm”.

ƏSƏD SEYİDOV