Ölkə futbolunda yeni mükafat təsis edildi

16.07.2024 16:10 297
Ölkə futbolu
Ölkə futbolunda yeni mükafat təsis edilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov ölkə çempionatının püşkatma mərasimində deyib.

“Bu il qərara aldıq ki, yeni “feyr-pley” (ədalətli oyun) mükafatı təsis edək. Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlarda qeydə alınmış “feyr-pley”ləri ön plana çıxaracağıq. Mövsümün sonunda isə mükafatı təqdim etmiş olacağıq”,
- deyə o bildirib.