"Qolların gözəlliyinə xüsusi diqqət yetirmirəm" - ən yaxşı qolun müəllifi

8.12.2024 17:14 433
Aktual / Ölkə futbolu
1-ci liqada “Ayın qolu” layihəsi çərçivəsində oktyabrın ən yaxşı qolunun müəllifi sayılan “Difai Ağsu”nun oyunçusu Emil Quluzadənin mükafatlandırıldığını xəbər vermişdik.

Onun mükafatla bağlı fikirləri:

“İndiyə qədər U-16 və U-17 liqasında çempionatın bombardiri və U-14 liqasında Azərbaycanın ən yaxşı oyunçusu adını qazanmışam. Qolların gözəlliyinə xüsusi diqqət yetirmirəm. Əsas komandama verə biləcəyim faydadı. Təbii ki, uğur qazanmağıma sevinirəm”.

ƏSƏD SEYİDOV