Heyətdən kənarlaşdırıldı

22.03.2025 14:12 7
Dünya futbolu
DÇ-2026-nın seçmə turnirinə hazırlaşan İngiltərə yığmasının heyətində dəyişiklik baş verib. Bu addım zərurətdən atılıb.

İngiltərə Futbol Assosiasiyasının mətbuat xidmətinin məlumatına görə, dünya çempionatının seçmə mərhələsində bu ay keçiriləcək oyunlar üçün oyunçuların siyahısından Koul Palmer çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, buna “Çelsi”nin yarımmüdafiəçinin zədələnməsi səbəb olub. O, müalicəsini klubunun düşərgəsində davam etdirəcək. Əlavə edək ki, yığmanın çərşənbə axşamı keçirilən məşqinə İngiltərənin U-21 komandasının futbolçuları Teylor Harvud-Bellis, Adam Vartun və Liam Delap çağırılıb.

İngiltərə yığması martın 24-də Latviyanı qəbul edəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul