Prezident oğlunu kateqoriyaya görə saxlaya bilməyib

15.03.2025 13:51 25
Aktual / Ölkə futbolu
Futbol üzrə ölkə çempionatının 2-ci liqasında çıxış edən “Kür-Araz”ın baş məşqçisi Üzeyir Səfizadə baş məşqçi postundan ayrılıb.

Komanda son iki turda Murad Ağayevin rəhbərliyi altında çıxış edir. Klub prezidenti Mirheydər Səfiyevdən oğlunu baş məşqçi vəzifəsindən uzaqlaşdırmasının səbəbini soruşduq:

“Üzeyir Səfizadə C kateqoriyası ala bilməyib. Bu üzdən qalması mümkün deyildi. Hədəfimizə gəlincə, 1-ci liqaya yüksəlmək istəyirik”.

Onu da xatırladaq ki, “Kür-Araz” 25 xalla 8-ci pillədə qərarlaşıb.

ƏSƏD SEYİDOV