“Formula-1” üzrə dünya çempionatının yeddiqat qalibi, “Mersedes”in pilotu Lüis Hemilton bir dəfə yarış vaxtı sidiyini saxlaya bilmədiyini etiraf edib:
“Bir dəfə yarış vaxtı başıma belə iş gəldi. İki və ya üç il əvvəl Sinqapurda yarışırdıq. Peys-kar trassa çıxmışdı, mən ondan arxadaydım, düşünürdüm ki, indicə öləcəm. Sidik kisən dolu olanda belə təzyiq altında bolidin içində dözmək çox çətindi. Canımı qurtarmaq üçün işəməli oldum”.
Xatırladaq ki, Hemilton “Formula-1” tarixində 100 qələbə qazanan ilk pilotdu. 2024 mövsümünün startı ərəfəsində britaniyalı pilotun “Mersedes”lə 11 illik işbirliyinə son qoyacağı, gələn ildən “Ferrari”nin heyətində çıxış edəcəyi bəlli olub. 39 yaşlı pilot caru mövsümün 8 mərhələsindən sonra 42 xalla 8-ci pillədə qərarlaşıb.