Frenki de Yonqun “Barselona”dan ayrılacağı haqda xəbərlər uzun müddət yayılsa da, indi onun komandada qalmaq ehtimalından danışılır.
Rəhbərlik futbolçuya yeni müqavilə təklif edib.
“Sport.es” saytının məlumatına görə, Kataloniya klubu məsələni mövsümün sonuna qədər həll etməyi planlaşdırır. Yeni sözləşmənin müddəti 3 illikdi.
Müqavilənin şərtlərinə əsasən, 27 yaşlı yarımmüdafiəçinin maaşı eyni məbləğdə qalacaq (onun təxirə salınmış maaşı istisna olmaqla).
Frenkinin “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.