MS-nin oyunçusu nə vaxt qayıdacaq?

3.03.2025 17:14 124
Dünya futbolu
Con Stounzun son vəziyyəti ilə bağlı məlumat yayılıb.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin zədəli oyunçusunun əməliyyata ehtiyacı yoxdu. Bununla belə, o, uzun müddət oynaya bilməyəcək.

Con Çempionlar Liqasının pley-offunun “Real”la cavab oyununda (1:3) zədələnib. Onun bud nahiyəsindəki zədəyə görə təxminən 8-10 həftə yaşıl meydanda görünməyəcəyi məlum olub.

Stounz bu mövsümün əvvəlində də zədə almışdı. O, premyer-liqada meydana çıxdığı 11 oyunda 2 qol vurub.