De Bruyne nə vaxt qayıdacaq?

28.11.2023 20:51 450
Dünya futbolu
Kevin de Bruyne hələ bir müddət də yaşıl meydanlardan uzaq olacaq.

"Football-plus.az" xəbər verir ki, mövsümün əvvəlində - premyer-liqanın avqustin 11-də “Bernli” ilə keçirilən səfər oyununda (3:0) ağır zədə alan “Mançester Siti”nin yarımmüdafiəçisi bu ilin sonuna qədər futbol oynaya bilməyəcək. O, əməliyyatdan sonra bərpa prosesinin normal getdiyini və belə davam edəcəyi halda 2024-cü ilin əvvəlində meydana çıxa biləcəyini deyib.