“Liverpul”u bəyənmir, “Barsa”nı istəyir

28.02.2025 13:14 250
Dünya futbolu
"Liverpul"un futbolçusu Luis Dias karyerasını İspaniyada - La Liqa təmsilçisi "Barselona"da davam etdirmək istəyir.

"Football-plus.az" xəbər verir ki, kolumbiyalı hücumçu bu istəyini artıq kataloniyalıların idman direktoru Dekuya çatdırıb. Transferin cari mövsümün sonunda baş tutmaq ehtimalı var.

Xatırladaq ki, 2022-ci ildən "Liverpul"da çıxış edən Dias bu mövsüm 35 oyunda 13 qol vurub. Onun klubla müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq.