Mahir "Nürnberq"dən ayrılır? - özü açıqladı

27.02.2025 23:39 287
Dünya futbolu
Mahir Emreli “Nürnberq”dəki gələcək karyerasına aydınlıq gətirib.

"Football-plus.az" xəbər verir ki, Koreyanın “Seul” komandasına keçəcəyi iddia olunan 28 yaşlı futbolçu bu xəbərlərə özünün "instaqram" səhifəsindəki paylaşımında münasibət bildirib. O, “Nürnberq”də qalacağını qeyd edib:

“Nürnberq” özümü xoşbəxt gördüyüm yerdi və mən gələcək işlərimi yaxşı görmək üçün motivasiyalıyam”.

Mahir növbəti matça - “Hannover”lə oyuna kökləndiyini də vurğulayıb.

Qeyd edək ki, Emreli komandasının son iki oyununda iştirak etməyib. Almaniya mətbuatı onun “Seul”a keçə biləcəyinə dair məlumat yayıb.

Mahir "Nürnberq"dən ayrılır? - özü açıqladı