Tutuldu və 35 min dollar ödədi

26.02.2025 09:11 241
İdman
MBA klublarından “Dallas”ın baş məşqçisinin köməkçisi Derrell Armstronq silah tətbiq etməklə hücum ittihamı ilə göz altına alınıb.

“USA Today” xəbər verir ki, 56 yaşlı mütəxəssis bir qadınla münaqişə edib, ardından tapançadan yararlanmaqla ona fiziki zorakılıq göstərib və ölümlə hədələyib.

Dallas polisi Derrelli həbs etsə də, ertəsi 35 min dollar girov müqabilində azadlığa buraxıb. Sonrakı gün isə “Dallas” məhkəmə araşdırması dövründə əməkdaşının işdən uzaqlaşdırıldığını açıqlayıb.

Armstronq artıq 10-cu mövsümdü “Dallas”da baş məşqçinin köməkçisi kimi çalışır. Məşqçi karyerasına başlayana qədər isə MBA-da beş komandanın şərəfini qoruyub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul