MBA-da konfrans finallarında heç də gərgin mübarizə yaşanmır.
“Football-plus.az” xəbər verir ki, “Boston” “İndiana” (Şərq konfransı), “Dallas” isə “Minnesota” (Qərb konfransı) ilə seriyada 3:0 öndədi. Bununla bağlı maraqlı statistika var. Belə ki, pley-offun 3-cü mərhələsində nəinki 3:0, hətta 2:0 önə çıxan komandalar 90 faiz halda növbəti mərhələyə adlayır.
“Dallas” ilk iki qələbəni səfərdə, “Boston” isə evdə qazanıb. Ümumiyyətlə, “Dallas” tarixində 1 (2011), “Boston” isə sonuncusu 2008-də olmaqla 17 dəfə MBA çempionluğunu qazanıb.
25 may
Minnesota – Dallas 108:109 (32:26, 28:22, 26:31, 22:30)
Seriyada hesab – 0:2.
26 may
İndiana – Boston 111:114 (31:32, 38:25, 21:24, 21:33)
Seriyada hesab – 0:3.
27 may
Dallas – Minnesota 116:107 (33:28, 27:24, 27:35, 29:20)
Seriyada hesab – 3:0.