Həftəsonu konfrans yarımfinallarından ikisi başa çatdı.
“Football-plus.az” xəbər verir ki, “Florida” “Boston”un müqavimətini seriyanın 6-cı oyununda qırmaqla Şərq konfransında finala yüksəldi. Onun finaldakı rəqibi “Reyncers” olacaq.
“Dallas” da səfərdə “Kolorado”ya qalib gəlməklə Qərb konfransında ilk finalçı statusuna yiyələndi. “Dallas” finalda “Vankuver” – “Edmonton” cütünün qalibi ilə qarşılaşacaq. Həmin seriyada hesab 3:3-dü.
18 may
Boston – Florida 1:2 (1:0, 0:1, 0:1)
Seriyada hesab – 2:4.
Kolorado – Dallas 1:2 2ОТ (0:0, 1:0, 0:1, 0:1)
Seriyada hesab – 2:4.
19 may
Edmonton – Vankuver 5:1 (1:1, 2:0, 2:0)
Seriyada hesab – 3:3.