“Araz-Naxçıvan”la “Qarabağ”dan ortaq cavab: “Heç bir problem yoxdu!”

22.02.2025 14:35 275
Aktual / Ölkə futbolu
Ölkədə müşahidə olunan qarlı hava oyunların təşkilində müəyyən problemlər yaradır.

Dünən qadın futbolçulardan ibarət yığmamızın UEFA Millətlər Liqasında Monteneqro ilə oyunu qeyri-sabit hava şəraiti üzündən iki saat gec başladı.

Bu gün isə Misli premyer-liqasında 24-cü turun iki oyunu keçiriləcək. “Araz-Naxçıvan” “Səbail”i, “Qarabağ” “Sabah”ı qəbul edəcək.

Stadionun qazonu qaydasındadımı? Oyun keçirmək üçün yararlıdımı? Bu sualları ev sahibi komandaların mətbuat katiblərinə ünvanladıq.

Mahal Məmmədov (Araz-Naxçıvan):

“Hər şey qaydasındadı. Dünən də həmin stadionda qadın futbolçulardan ibarət yığmamız oyun keçirib. Heç bir problem yoxdu”.

Anar Hacıyev (Qarabağ):

“Bəli, hər şey qaydasındadı”.

ƏSƏD SEYİDOV