“Football-plus.az” xəbər verir ki, “Kesin Karar” qəzetində yayınlanan “Yaxşı ki, gəlmisən, Diniyev” yazısında futbolçunun performansından bəhs edilib:
“Qarlı hava şəraitində keçirilən oyunu 750 azarkeş
izlədi. “Çorum”un “Yeni Malatyaspor”u qəbul etdiyi matç, gözlənildiyi kimi, meydan sahiblərinin təzyiqiylə başladı. Qolun “gəlirəm” dediyi anda komandanın yeni transferi Coşqun Diniyev səhnəyə çıxdı və Atakanın cərimə meydançasına göndərdiyi topu 14-cü dəqiqədə tora qovuşdurdu. Azərbaycan millisinin də üzvü olan futbolçu 49-cu dəqiqədə də fərqləndi.
O, bu dəfə də Atakanın ötürməsi sayəsində qol vuraraq “Çorum”un qələbə qazanmasına səbəbkar oldu. Beləliklə, Diniyev “Çorum” tərəfdarlarına qollarla salam verdi və karyerasının yeni dönəminə möhtəşəm başladı”.

Xatırladaq ki, Coşqun “Çorum”la ilyarımlıq müqavilə bağlayıb.
KƏNAN BAHADIR