Coşqunun komandası yenə uduzdu

1.02.2025 10:36 238
Dünya futbolu
Coşqun Diniyev Türkiyənin 1-ci liqasında növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Bandırmaspor" 22-ci tur çərçivəsində səfərdə "Çorum"un qonağı olub. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi yekunlaşıb. Görüşə start heyətində başlayan Coşqun sona qədər meydanda olub.

Ardıcıl üçüncü matçında uduzan "Bandırmaspor" turnir cədvəlində mövqeyini bir qədər də pisləşdirib. Coşqunun komandası hazırda 34 xalla 5-ci pillədə qərarlaşıb. “Çorum” isə xallarının sayını 35-ə çatdırmaqla 4-cü yerə yüksəlib.