Misli premyer-liqasının 22-ci turunda “Neftçi”ni qəbul edən “Zirə” itki ilə üzləşib.
Meydan sahiblərinin yarımmüdafiəçisi Ceyhun Nuriyev zədələnib. Matçın 9-cu dəqiqəsində Ohori ilə toqquşan millimizin üzvü ayağa qalxa bilməyib. Həkimlərin müdaxiləsindən sonra onu meydandan çıxarıblar.
Ceyhunun durumuna aydınlıq gətirmək üçün “qartallar”ın mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəylə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı: