Geryenin son durumuna aydınlıq gəldi - AÇIQLAMA

2.04.2023 21:38 447
Premyer-liqa / Manşet
Misli premyer-liqasında 28-ci tur başa çatıb.

Dünən “Zirə” “Neftçi”ni qəbul edib - 1:1. Görüşün 36-cı dəqiqəsində meydan sahiblərinin heyətində ciddi itki baş verib. Vild-Donald Gerye zədələnib.

Onun durumunu öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə ilə əlaqə saxladıq. Onun “Football-plus.az”a açıqlaması belə oldu:

“İlkin diaqnozdan sonra Geryenin durumuna aydınlıq gəldi. O, 4 həftə yaşıl meydanlardan uzaq qalacaq”.

İSMAYIL XEYRULLAYEV