• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vanda Naranın İkardiyə xəyanət etdiyi sübuta yetirildi!

Dünya futbolu

9-02-2025, 19:0

Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara ilə bağlı yeni şok faktlar ortaya çıxıb. Söhbət onun Keyta Balde ilə gizli eşq yaşamasının və İkardiyə xəyanət etməsinin sübuta yetirilməsindən gedir.

Əslində bu, yeni mövzu deyil. Vanda Nara 2023-ün yanvarında Dubaya istirahətə yollanmış və orda bir gecəni oteldə Keyta Balde ilə keçirmişdi. Seneqallı forvard həmin dönəmdə ''Spartak''ın şərəfini qoruyurdu və komandası ilə birlikdə Dubayda toplanışda idi. Vanda hətta bu futbolçu ilə birlikdə çəkdirdiyi şəkilləri, videoları sonradan İkardiyə də göndərmiş və münasibətləri pozulduğu dönəmdə ona bir növ acıq vermişdi. Artıq Çayna Suares ilə eşq yaşayan və Vanda ilə boşanma prosesi davam edən İkardi də bu şəkilləri, videoları məhkəməyə sübut qismində təqdim etmişdi. Bu hadisənin üstü açıldıqdan sonra Baldenin də ailəsi dağılmış və həyat yoldaşı Simona Quatyeri boşanma ərizəsi vermişdi.

Yeri gəlmişkən, 29 yaşlı Balde bu mövsümə ''Sivasspor''da başlamışdı. Yanvarın 7-də Sivas təmsilçisi gözlənilmədən bu futbolçu ilə qarşılıqlı şəkildə anlaşaraq müqaviləni ləğv etdi. Şayiələrə inansaq, məhz İkardinin məhkəməyə təqdim şəkillərdən sonra ''Sivasspor'' Balde ilə vidalaşmaq qərarına gəldi. Bu arada Keyta Balde qatıldığı bir verilişdə ilk dəfə bu mövzuya toxunaraq Vanda ilə gizli münasibətinin olduğunu etiraf etdi:

''Bəli, Vanda Nara ilə münasibətim olmuşdu. Bütün deyilənlər doğrudu. Həyatımın ən böyük səhvinə yol verdim. Vandanı heç nədə günahlandırmıram. Bütün məsuliyyəti üzərimə götürürəm. Səhv onun yox, mənimdi. İkardi ilə Vanda arasındakı münasibətlərin bu həddə çatması mənim üzümdən baş verməyib. Onları günahlandırmıram. Amma qəlbsiz şəkildə bu məsələni ictimailəşdirirlər. Yol verdiyim bu səhvə görə özümü yaxşı hiss etmirəm. Simona həyatımın sonuna qədər sevəcəyim yeganə qadındı''.

Bu arada İkardinin məhkəməyə təqdim etdiyi şəkillərdən biri mətbuata və sosial şəbəkələrə sızıb. Ən son xəbərlərdə qeyd olunur ki, Keyta Balde Vanda ilə birlikdə olduğu gün təhlükəsizlik kamerası ilə çəkilən görüntülərin icazəsiz şəkildə mətbuata sızdırılması üzündən həm İkardini, həm də Naranı məhkəməyə verib. Bundan başqa Simona Quatyeri də bütün bu hadisələr üzündən şəxsi həyatının gündəmə gətirilməsinə görə Baldedən ayrı şəkildə İkardi ilə Naranı məhkəməyə verib.

ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-01-2025, 13:0

Vanda Naranın barışmaq təklifinə İkardi nə cavab verdi?

Dünya futbolu

27-03-2022, 10:0

İkardi ailəsində xəyanət bitmir - FOTO

Dünya futbolu

20-12-2024, 22:0

Vanda, sən nə edirsən?!

Dünya futbolu

12-12-2024, 12:0

Vanda Nara sevgilisi ilə hovuza tullandı

Dünya futbolu

10-01-2025, 11:0

İkardi yeni sevgilisinin şəklini paylaşdı!

Dünya futbolu

29-07-2023, 14:0

''Qalatasaray'' İkardiyə qovuşdu

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 21:04
    "Araz-Naxçıvan" - "İmişli" oyununda "sülh", "Sabah" "Kəpəz"ə qarşı - YENİLƏNİR
  • Bu gün, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Bu gün, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Bu gün, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Bu gün, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Bu gün, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Bu gün, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Bu gün, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Bu gün, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Bu gün, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Bu gün, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Bu gün, 14:55
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Bu gün, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Bu gün, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Bu gün, 13:22
    Amsterdamda qərar tutdu
  • Bu gün, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Bu gün, 12:30
    “Barselona”nı tərk etdi
  • Bu gün, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Bu gün, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Bu gün, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Bu gün, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Bu gün, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Bu gün, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Bu gün, 10:00
    İtaliyada komandasını dəyişdi
  • Bu gün, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 203
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə