Birləşmiş Güləş Təşkilatı (UWW) yığmamızın əfsanəvi güləşçisi Mariya Stadnikin bu idman növündən ayrılmasına biganə qalmayıb.
Qurumun “feysbuk” səhifəsində bu sözlər yazılıb:
“Mariya Stadnik - bütün dövrlərin üç ən güclü qadın güləşçisindən biri karyerasını bitirərək güləşdən getdiyini elan etdi. Onun karyerasında 5 Olimpiadada iştirak, 4 olimpiya medalı, iki dünya çempionluğu, Avropa çempionatlarının 10 medalı var. Bizim böyük idman növündəki xidmətlərinizə görə sağ olun, Mariya Stadnik”.