Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa çempionatı keçirilir.
"Football-plus.az" xəbər verir ki, millimizin qadın güləşçisi Mariya Stadnik final görüşünə çıxıb. 50 kq çəkidə mübarizə aparan təmsilçimiz həlledici qarşılaşmada ukraynalı Oksana Livaçı məğlub edib. 9:4 hesabı ilə qalib gələn Stadnik 9-cu dəfə Avropa çempionu olub.